İspaniya yığmasının baş məşqçisi: "Hər iki komanda düzgün oynadı"

“Taktiki baxımdan hər iki komanda düzgün oynadı. Belə qarşılaşmalarda qapıya vurulan zərbələrdə dəqiqlik faizi yüksək olmalıdı”.

Newsport.az-ın məlumatına görə, bunu futzal üzrə İspaniya millisinin baş məşqçisi Venansio Lopes deyib. Kolumbiyada təşkil edilən dünya çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib. Azərbaycan yığması üzərində 4:2 hesablı qələbə qazanan ispanlar 1/8 final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Qarşılaşmadan sonrakı mətbuat konfransında Lopes maraqlı oyun olduğunu bildirib: “Qələbə qazandığımız üçün çox şadıq. Çıxışımızı pillə-pillə daha da yaxşılaşdırmalıyıq. Çünki növbəti mərhələlərdə bizi daha çətin oyunlar gözləyir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right