"Kakauya tək Azərbaycan yığmasından yox, başqa komandalardan da təkliflər var"

Qazaxıstan Futzal Federasiyasının prezidenti Lev Kim bu ölkənin yığma komandasının baş məşqçisi Kakaunun Azərbaycan millisinə gedəcəyi barədə xəbərləri şərh edib.

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib:

"Biz Kakau ilə müqavilənin müddətini artırmaqla bağlı söhbət etmişik və o, Qazaxıstan yığmasını çalışdırmağa davam edir. Bundan əlavə, onun "Kayrat"la 2018-ci ilə qədər müqaviləsi var. Bu gün (söhbət dünən olub - red.) onunla telefonla yenidən danışacağam. Amma təbii ki, yeni müqavilə imzalamadığımıza görə risk qalmaqda davam edir. Həm də ona tək Azərbaycan yığmasından yox, başqa milli komandalardan da təkliflər var.

Şifahi danışığımıza əsasən Kakaunun yığmamızı tərk etməyəcəyini demək olar. Amma son dövrlərdə yaranan maliyyə çətinlikləri səbəbindən Qazaxıstan Futbol Federasiyası nəinki Kakau, hətta yığma komanda qarşısında bəzi öhdəliklərini yerinə yetirməyib. Halbuki, millimiz bu mövsüm bir sıra uğurlara imza atıb. Federasiya rəhbərliyi bu məsələnin ciddiliyini tamamilə dərk edir. Onlar müəyyən müddət ərzində bu məsələni həll edəcəklərinə zəmanət də veriblər. Daha dəqiq desəm, mayın ortalarına qədər hər şeyə aydınlıq gəlməlidir. Bu məsələnin müsbət həll olunacağına inamımız var.

Amma hansısa problem yaransa, təbii ki, risk arta bilər. İstənilən halda Kakau da insandır. Şərtlərə əməl olunmasa, münasibətlərdə dəyişikliyin olması mümkündür. Kakau hansısa qəbuledilməz şərtlər irəli sürsə, bu artıq başqa məsələ. İndiki məqamda çox şey Qazaxıstan Futbol Federasiyasından asılıdır". (Vesti.kz)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right