"Kolumbiyada yaxşı çıxış etmək istəyirik" - Fineo

Futzal üzrə Azərbaycan yığmasının üzvü Fineo dünya çempionatına vəsiqə uğrunda Hollandiyaya qarşı Bakıda keçirdikləri cavab pley-off matçından (4:4, ilk oyun 5:1) sonra fikirlərini bölüşüb.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Hollandiyaya qarşı pis oynadığımızı düşünmürəm. Öz meydanımızda səfərdəkindən daha çətin olacağını başa düşürdük. Çünki öz meydanında uduzan hollandların itiriləsi heç nəyi yox idi və Bakıya yalnız qələbə üçün gəlmişdilər. İlk oyundakı sərfəli nəticəyə baxmayaraq, biz də meydana qələbə üçün çıxmışdıq. Qələbə qazana bilməsək də, əsas hədəfimizə çatdığımıza - dünya çempionatına vəsiqə qazandığımıza görə çox şadam. Dünya çempionatında oynamaq xoş olacaq. Bu, unudulmaz hisslər bəxş edəcək. Kolumbiyada yaxşı çıxış etmək istəyirik. Bizim hazırlıq üçün dörd aydan çox vaxtımız var".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right