Kaka: "Əminəm ki, Kolumbiyaya yollanan Azərbaycan yığması olacaq"

Milli komandamızın sabiq üzvü Kaka Newsport.az-a açıqlama verib. Braziliyalı oyunçu millimizin Hollandiya ilə görüşü barədə fikirlərini açıqlayıb.

O, futzal üzrə yığma komandamızın hollandlarla görüşdə qələbəyə yaxın olduğunu söyləyib, Azərbaycanın Hollandiya ilə ilk görüşdə inamlı qələbə qazandığını deyib:

"Məncə, cavab qarşılaşmasında da bu cür üstünlük olacaq. Çünki Azərbaycan millisi Hollandiya ilə müqayisədə daha güclüdü. Əminəm ki, Kolumbiyaya yollanan Azərbaycan yığması olacaq”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right