Azərbaycan millisinin açıq məşqi olacaq

DÇ-2024-ün elit mərhələsində Bakıda Rumıniya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin qarşılaşmadan əvvəl açıq məşqi keçiriləcək.

Newsport.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıq prosesi dekabrın 13-də, saat 10:00-da mətbuat üçün açıq olacaq.

Məşqdən əvvəl, saat 09:45-də isə baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq.

Dekabrın 15-də Bakı İdman Sarayında gerçəkləşəcək Azərbaycan – Rumıniya görüşü saat 20:00-da start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right