"Möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik" - Tahir Gözəl

“Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. 2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl  Avropa Liqasının pley-off mərhələsində səfərdə Sloveniya “Olimpiya”sına 2:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib. 

O, texniki problemlə əlaqədar Ağdam təmsilçisinin matçının Azərbaycanda yayımlanmamasına da münasibət bildirib: "Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right