Avropa Liqasında pley-offun cütləri müəyyənləşdi Yenilənib

Bu gün futbol üzrə Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb. Newsport,.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində təşkil olunub.
 
Püşkatmada qrup ikincisi olmuş 8 klub və Çempionlar Liqasının qrup mərhələsini 3-cü yerdə başa vurmuş eyni sayda komanda iştirak edib. Avroliqa təmsilçiləri səpələnmişlər, ÇL-dən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.
 
Pley-offda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzdilər. Səpələnmiş klublar ilk matçlarını 2022-ci il fevralın 17-də səfərdə oynayacaqlar. Cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.
 
Mərhələni adlayanlar Avropa Liqasının 1/8 finalında 8 qrup qalibinə qoşulacaqlar.
 
Avropa Liqası
Pley-off mərhələsi
 
Sevilya (İspaniya) - Dinamo (Zaqreb, Xorvatiya)
Atalanta (İtaliya) - Olimpiakos (Yunanıstan)
Leypsiq (Almaniya) - Real Sosyedad (İspaniya)
Barselona (İspaniya) - Napoli (İtaliya)
Zenit (Rusiya) - Betis (İspaniya)
Borussiya (Dortmund, Almaniya) - Reyncers (Şotlandiya)
Şerif (Moldova) - Braqa (Portuqaliya)
Portu (Portuqaliya) - Latsio (İtaliya)




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah