"Qarabağ" bu mövsüm qrup mərhələsində ilk qolunu vurdu

"Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində ilk qolunu vurub.

Newsport.az-ın məlumatına görə, qolun müəllifi  Araz Abdullayev olub. O, Avroliqanın qrup mərhələsinin 4-cü turunda hazırda davam edən "Vorskla" ilə səfər oyununun 13-cü dəqiqəsində penaltidən fərqlənib.

Bu, Arazın "Qarabağ"la avrokuboklarda vurduğu ilk qol olub.

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl qrup mərhələsində keçirdiyi üç oyunda da fərqlənə bilməmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah