“Arsenal” - “Qarabağ” oyununa 56 manatlıq biletlər

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Arsenal”la səfər oyununun Ağdam təmsilçisinin azarkeşləri üçün nəzərdə tutulan biletlər satışa çıxarılıb.

Newsport.az xəbər verir ki, sayı 500 olan biletlər iki kateqoriyaya bölünüb ki, 45 bilet 56 manatdan, 450 bilet isə 39 manatdan satılır.

Biletləri “iticket.az” saytından əldə etmək mümkündür.

“Arsenal” - “Qarabağ” matçı dekabrın 14-də, Londondakı “Emireyts” stadionunda keçiriləcək. Bakıdakı ilk oyunda “Arsenal” 3:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right