"Kiminsə arxasınca düşüb forma dəyişmək istəmirəm" - Maksim Medvedev

"Bizi maraqlı oyun gözləyir. Gücümüzü sınamaq istəyirik. Məşhur klubları hamı səbirsizliklə gözləyir. Çalışcağıq ki, ən yaxşı oyunlarımızdan birini oynayaq və baş məşqçimizin tapşırıqlarını yerinə yetirək ki, nəticə qazana bilək".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Avropa Liqasının qrup mərhələsində sabah Bakıda "Arsenal"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Millimizin üzvü daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Maksim, keçən il İtaliya, İngiltərə və İspaniya klublarına qarşı oynadınız. Ən ağır məğlubiyyəti "Çelsi"dən aldınız. Niyə ingilis klublarına qarşı oynamaq daha çətindir?

- İngiltərə futbolu daha yüksək səviyyədədir, hər tərəfli güclüdür. Atkletik və texnikalıdırlar. Buna uyğun taktika seçmək lazımdır. "Arsenal" hər cəhətdən güclüdür. Buna görə də tam hazır olmalıyıq. Azərbaycan çempionatında oynayırıq. İldə 1-2 dəfə belə klublarla qarşılaşırıq. Ona görə çətin olur.

- Dünya futbolunda forma dəyişmək adəti var. "Arsenal"da rəğbət bəslədiyin futbolçu varmı? Kimlə formanı dəyişmək istəyirsən?

- Belə şeylərdən uzağam. Meydanda forma dəyişməyə utanıram. Bəlkə də paltardəyişmə otağında bunu edərəm. Amma belə bir həvəsim yoxdur, kolleksiya yığmıram. Kiminsə arxasınca düşüb forma dəyişmək istəmirəm. 

Qurban Qurbanov müdaxilə edir: "Forma məsələsində qəbahət yoxdur, normal baxıram. İlk növbədə oyuna hazırlaşmalı, oynamalısan. Görmüşük ki, hər yerdə forma dəyişirlər. Buna görə kimisə danlamağım, fikir bildirməyim düzgün deyil. Bəlkə də əvvəl fərqli düşünmüşəm, indi normal baxıram.

- Sabah nəyə ümid edə bilərik?

- Hamımızın fikri, istəyi bir olsa, yaxşı nəticə qazana bilərik. Ağır olacaq. Əsas yaxşı oyun göstərməkdir. Təzyiqdə olmamalı və öz oyunumuzu oynamalıyıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right