"Vorskla"nın əsas oyunçusu "Qarabağ"la görüşü buraxa bilər

"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Ukraynanın “Vorskla” klubunun əsas futbolçusu Aleksandr Kobaxidze çiynindən əməliyyat oluna bilər.

Newsport.az xəbər verir ki, bu barədə o, özü məlumat verib. Gürcüstanlı yarımmüdafiəçi bildirib ki, həkimlər ona "Zarya" ilə görüşdə aldığı zədəsini xroniki hala çevrilməməsi üçün əməliyyat olunmağı məsləhət görüblər. A.Kobaxidze əməliyyat olunacağı təqdirdə, böyük ehtimalla  bu ilin sonuna kimi oynamayacaq. Bu isə o deməkdir ki, 30 yaşlı futbolçu “Qarabağ”a qarşı keçirəcəyi hər iki matçı  buraxa bilər.

Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right