Qriqorçuk Mamrotu qabaqladı

Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ” və Polşanın "Yagelloniya” komandaları arasında keçiriləcək ilk oyundan əvvəl baş məşqçilərin mətbuat konfranslarının vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, iyulun 12-də saat 19:15-də "Bakcell Arenanın media zalında jurnalistlərin önünə "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 20:30-da isə "Yagelloniya”nın baş məşqçisi İreniuş Mamrot media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi də "Bakcell Arena”da baş tutacaq. "Qırmızı-qaralar” saat 20:00-da, qonaqlar isə 21:00-da məşqə çıxacaq.

Qeyd edək ki, "Qəbələ" - "Yagelloniya" görüşü iyulun 13-də saat 21:00-da başlanacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right