"Qarabağ" - "Fiorentina" oyununun biletləri satışa çıxdı

Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Qarabağ” – “Fiorentina” (İtaliya) matçının biletləri bir qədər əvvəl satışa çıxarılıb.

Newsport.az-ın məlumatına görə, biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür. Biletin qiyməti sektorlardan asılı olaraq 1, 2, 5, 10, 20 və 50 manat arasında dəyişir.

Xatırladaq ki, Ağdam klubunun qrupdan çıxması üçün mühüm əhəmiyyət daşıyan bu oyun dekabrın 8-i, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right