"Qəbələ"nin rəqibi Bakıya gəlməmiş cəzalandı

Avropa Liqasının qrup mərhələsində təmsilçimiz "Qəbələ”nin rəqibi olan Almaniyanın "Maynts” klubunun futbolçusu Xose Rodriqes Almaniya Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalıb.

,Newsport.az-ın məlumatına görə, komitə gənc futbolçuya 5 oyun cəza verib. 

Buna səbəb isə Rodriqesin Almaniya Bundesliqasının son turunda "Auqusburq”la matçda rəqibin futbolçusu Dominik Kora qarşı kobud oynamasıdı. Həmin oyunda qırmızı vərəqə alan yarımmüdafiəçiyə həmçinin 10 000 avro cərimə kəsilib. 

Bu arada "Real”ın yetirməsi məsələ ilə bağlı zədələdiyi futbolçudan üzr istəyib: O, feysbuk səhifəsində bu barədə yazıb: "Mən Dominikə ciddi xəsarət yetirdiyim üçün təəssüflənirəm. Bu hərəkətimə görə ondan üzr istəyirəm”.

 

Qeyd edək ki, yayda "Qalatasaray”dan transfer olunan Xose Rodriges "Auqusburq”la matçda "Maynts”ın heyətində debüt edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right