"Oyunun bu cür sona çatmasına çox təəssüfləndik” - "Slovan"ın futbolçusu

“Məncə, öz meydanında "Qarabağ"a qalib gəlmək heç bir komanda üçün asan deyil. Bu oyunla sübut etdik ki, qrupda biz də varıq. Əgər bu cür oynamağa davam etsək, qrupdan çıxa bilərik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri  Avrop Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Slovan" (2:2) oyunundan sonra Çexiya klubunun yarımmüdafiəçisi Eqon Vux deyib.

Ölkəsinin mətbuatına açıqlama verən 25 yaşlı futbolçu nəticədən razı qalmadıqlarını bildirib: “Bütün həftəni "Qarabağ"la oyuna hazırlaşmışdıq. Milan Baroşun ikinci qolu çox yerinə düşdü. Amma təəssüf ki, axırda qələbəni əldən verdik. Son dəqiqələrə kimi qalib gəlmək və final fitinə çox az qalmış qol buraxmaq sadəcə, biabırçılıqdır. Nəticədən razı qala bilmərik. Oyunun bu cür sona çatmasına çox təəssüfləndik”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right