Avropa Liqasının rekordu müəyyənləşdi Mərdəkanda

UEFA "Slovan"ın Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a vurduğu ilk qolunun sözügedən turnirin ən erkən qolu olduğunu rəsmən açıqlayıb.

Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Çexiya klubunun futbolçusu Yan Sikoranun 10.69-cu saniyədə vurduğu qol Avroliqanın ən erkən qolu kimi tarixə keçib.

Bundan əvvəlki rekord 2015-ci il martın 12-də "Vilyarreal"la görüşdə fərqlənən"Sevilya"nın futbolçusu Vitoloya məxsus idi.

Avropa Liqasının ən sürətli qolları:

10.69 saniyə - Yan Sikora ("Qarabağ" - "Slovan" - 2:2) 15/09/2016
13.21 saniyə - Vitolo ("Vilyarreal" - "Sevilya" - 1:3) 12/03/2015
15.19 saniyə - İsmael Blanko (AEK - BATE - 2:2) 05/11/2009
16.88 saniyə - Keyta Balde ("Ludoqorets" - "Latsio" - 3:3) 27/02/2014
18.18 saniyə - Xuan Mata ("Valensiya" - "Brügge" - 3:0) 25/02/2010
19.19 saniyə - Serxio Aquero ("Mançester Siti" - "Portu" - 4:0) 22/02/2012





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right