"Qarabağ" azarkeşlər üçün avtobus ayırdı

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Dalğa Arena"da Çexiyanın "Slovan" klubunu qəbul edəcək. 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matçda rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq.
Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcək.

Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı saat 19:00-da başlayacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right