"Qarabağ" - "Slovan" matçının hakimləri açıqlandı

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Slovan" matçını idarə edəcək hakimlər briqadası açıqlanıb.
Newsport.az-ın məlumatına görə, görüşdə ədaləti İsveçrədən olan hakimlər qoruyacaq. 
 
Qarşılaşmanın baş hakimi Stefan Klossner olacaq. Ona bu işin icrasında həmyerliləri -  Rafael Zeder və Yan-Yives Viçt köməklik edəcəklər. Koməkçi hakimlər isə  Alan Bieri və Saşa Amhof olacaq. Matçda dördüncü hakim funksiyasını  Yohannes Voqel yerinə yetirəcək. 
 
"Dalğa Arena"da baş tutacaq maçtda moldovalı Vladimir Antonov UEFA nümayəndəsi olacaqsa, hakimlərin işinə qiyməti isə bolqarıstanlı Pavel Kolev verəcək. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right