Teo Uiks: "Bu, bizim üçün çox vacib qələbə idi"

"Çətin oyun oldu. Həqiqətən də, çox ağır oyun alındı. Erkən qol buraxsaq da, ruhdan düşmədik. İkinci hissədə daha yaxşı oyun sərgilədik və layiqli qələbə qazandıq”.  

Bu sözləri Newsport.az saytına açıqlamasında "Qəbələ”nin futbolçusu Teo Uiks deyib.

 
"Qəbələ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Sloveniyanın "Maribor” komandasını 3-1 məğlub edib. Ötən gecə baş tutan qarşılaşmadan sonra Uiks əməkdaşımızın suallarını cavabladırıb. 
 
Təcrübəli oyunçu 3-1 hesablı qələbəyə baxmayaraq, cütün taleyinin cavab oyununda müəyyənləşəcəyini deyib: "Maribor” çox yaxşı və mübarizə aparan komandadır. Cütün taleyini həll etdiyimizi düşünmək bizim xeyrimizə deyil. Bizi daha çətin 90 dəqiqə gözləyir. Bütün suallara Slovenioyadaklı cavab oyunundan sonra aydınlıq gələcək. Bir sözlə, arxayınlaşmaq olmaz”.
 
Liberiya millisinin üzvü bildirib ki, kapitan Rəşad Sadiqovun yoxluğu komanda üçün ciddi itki olub: "Sadiqov komandamızın kapitanıdır. O, bizim üçün çox vacib futbolçudur. Rəşad oyundan öncə bizə ürək-dirək vermişdi. Əlbəttə, kapitanımızın yoxluğunu hiss etdik. Onun cavab oyununda iştirak edəcəyinə inanırıq”. 
 
Uiks "Qəbələ”nin heyətində parlaq oyunu ilə diqqəti çəkir. O, "Maribor”la matçda qol vura bilməməsini belə izah edib: "Mənim üçün qolun kim tərəfindən vurulmasının önəmi yoxdur. Əsas komandamızın uğurudur. Zenyov və Dabo vurdu, biz qələbə qazandıq. Bu, bizim üçün  çox vacib qələbə idi. Qol vurmağa çalışıram və səfər qarşılaşmasında fərqlənmək üçün əlimdən gələni edəcəyəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right