“Qəbələ” Avropa Liqasının pley-off mərhələsində YENİLƏNİB

Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, sözügedən turnirdə mübarizə aparan yeganə təmsilçimiz "Qəbələ” növbəti ciddi matçına çıxacaq. "Qırmızı qaralar” doğma divarlar arasında Fransanın "Lill” komandasını qəbul edəcək. 
 

Əyalət təmsilçimiz ötən həftə Fransada baş tutan ilk matçda "Lill”lə qollu bərabərlik əldə edib ki, bu da "Qəbələ” üçün müsbət nəticədi. Səfərdə əldə olunan nəticə "Qəbələ”nin işini müəyyən qədər asanlaşdırır. Belə ki, "Qəbələ” Bakıda "Lill”ə qol vurmaq şansı yaratmasa, pley-offa vəsiqəni təmin etməyi bacaracaq.
 
 
Fransa klubları ilə bu günə qədər olan matçlarda təmsilçilərimiz qalib gəlməsə də, cari mövsüm məhsuldarlığı ilə diqqət çəkən "Qəbələ” bu tendensiyaya qon qoya bilər. Cari mövsüm meydanı qolsuz tərk etməyən "qırmızı aralar"a kifayət qədər tanınmış rəqibini mübarizədən kənarlaşdırmaq üçün səfərdəki oyununu nümayiş etdirmək də yetərli ola bilər. 
 

4 avqust

Avropa Liqası

III təsnifat mərhələsinin cavab oyunu
 
21:00. “Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa) - 1:0 (Birinci hissə)
Qol: 
Filip Ovobiç, 33 (1:0)
İlk oyun – 1:1
Baş hakim:
 Aleksey Yeskov (Rusiya)
Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
Dördüncü hakim:
 Vladimir Moskalev (Rusiya)
Bakı. 8-ci km qəsəbə stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right