"Qoldan sonra planlarımız pozuldu" - Şəhriyar Əliyev

"Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev "Admira" ilə matçdan sonra Newsport.az-a müsahibə verib:

- Matç barədə nə deyəcəksən?

- Diqqətli oynamağa çalışdıq. Çünki bu cür tapşırıq olmuşdu. Ani diqqətsilik qapımıza iki qolla nəticələndi. Halbuki biz mərhələ adlamağı çox istəyirdik. Heyf ki, alımmadı. Təbii ki, "Kəpəz"in bir mərhələ keçməsi belə uğurlu nəticədi. Hər halda biz "Admira"nı keçmək istəyirdik. 

- "Admira"nın keçiləsi komanda olduğu ilə razısan?
- Təbii ki. Oyundan sonra danışmaq asandı. "Admira" nə zəif, nə də güclüdü. Qol epizodlarımız var idi, amma vura bilmədik.

- Matçın sizin planlaşdırdığınız kimi getmədiyini bildirmək istəyirsən?
- Bəli. Diqqətli oynaya bilmədik. İlk qoldan sonra planlarımız pozuldu. 

- Səfərdə daha yaxşı oynadınız, yoxsa Bakıda?
- Hər iki matçda da yaxşı oynadıq. Bakıda isə daha çox hücum etdik və qol imkanlarımız oldu. Avstriyadakı matçda isə daha diqqətli idik.

- Buraxılan ilk qoldan sonra Şahin Diniyevə sənə qışqırdı. Oyundan sonra nəsə dedi?

- Baş məşqçimizdi, nə desə qəbuldu. Hər halda nəsə səhvim var ki, deyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right