"Hesab oyuna görə olmadı" – MTK-nın baş məşqçisi

"Qola qədər oyun bərabər səviyyədə keçdi. Əslində ilk qolu biz vursaydıq, hesab bu cür olmaya bilərdi. Amma nəticədə uduzduq".
 

Newsport.az-ın məlumatına görə, bu sözləri MTK-nın baş məşqçisi Teodoru Vasilits Avropa Liqasının II təsnifat mərhələsində evdə "Qəbələ"yə uduzduqları oyundan (1:2) sonra deyib.

Macarıstanlı mütəxəssis komandasının hələ təslim olmadığını və Bakıya qələbə üçün gələcəklərini bildirib: "İlk görüşdəki məğlubiyyət təslim olmağımız anlamına gəlmir. Bakıya turu keçmək üçün gedəcəyik. İdmançı olmağımız bunu tələb edir. Baxmayaraq ki, "Qəbələ" çox güclü və təhlükəli komandadır. "Aktobe" ilə görüşdə müqayisədə bu matçda daha yaxşı oynadıq. Təəssüf ki, hesab oyuna görə olmadı". 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right