Çingiz Abdullayev: "Neftçi"də sponsor problemi, maddi sıxıntı yoxdu"

"Neftçi"nin Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev "Şkendiya" ilə matçdan sonra Newsport.az saytının suallarını cavablandırıb:

 

Matç haqda nə deyəcəksiz?
- Bizim şansımız var. Bərabərsəviyyəli oyun getdi. Komandamız heç də pis təsir bağışlamadı. Bu oyunla növbəti mərhələyə adlayacağımıza da inanıram. 1:1 hesabı bizi tam razı salır. Makedoniyada yaxşı oynayacağımıza inanırıq.


Komandanın hücumda problemləri var. Transfer olacaq?
- Oyunçuları mən seçmirəm. Sizin üçün sirr açacam: baş məşqçi bizə deyir, qərarı isə biz veririk. Hətta 2-3 oyunçu da transfer edə bilərik. Yaxın günlərdə qərarımızı verəcəyik.


"Neftçi"də maddi sıxıntılar var?
- Xeyr, belə problemimiz yoxdu. Bizim yaxşı sponsorumuz var, bəlkə də ən yaxşısıdı. Mpenzaya pulumuzu ödəməyə davam edirik. "Balstan"la oyundakı pis oyunumuza baxmayaraq, "Şkendiya" ilə oyuna da gəlib bizə dəstək oldular.


Bu mövsüm nəyə ümid edirsiniz?
- Minimum ilk üçlüyə düşmək lazımdı. Başqa komanda ardıcıl iki il kubokun finalına çıxsa, tənqid etməzdilər. "Qəbələ"ni rəqib meydanında keçmək elə bilirsiniz, asan idi?


Yerli oyunçulardan razısız?
- Bizdə çox sayda yerli gənc oyunçular var. Kapitanımız Araz da özünü yaxşı göstərdi. Onların daha yaxşı oynayacağına inanırıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right