"Admira" klubunun baş məşqçisi: "Səbrsizliklə matçın startını gözləyirik"

Avstriyanın "Admira" klubunun baş məşqçisi Oliver Lederer Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Kəpəz"ə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, o, öncə bunları söyləyib:

"Səbrsizliklə matçın startını gözləyirik. Şadıq ki, Avroliqadakı yolumuza davam edirik. Yenə öz ustalığımızı göstərmək və mərhələ adlamaq istəyirik".

Gəncə təmsilçisindən danışan mütəxəssis rəqibi belə dəyərləndirib: "Kəpəz" bu mərhələyə qol buraxmadan yüksəlib. Bu da onların yaxşı müdafiə olunmaq bacarıqlarından xəbər verir. Digər tərəfdən rəqibin heyətində cənubi amerikalı futbolçular var".

Lederer standart vəziyyətləri komandası üçün əsas təhlükə hesab edir: "Standart vəziyyətlər həmişə problemdir. Hətta heyətdəki futbolçular ucaboy olsalar da belə. Fikrimcə, onlar ilk dəqiqələrdən cərimə meydançasına ötürmələrlə bizə çətin anlar yaşatmağa çalışacaqlar".

"Admira"nın çalışdırıcısı öz oyunlarından da söz açıb: "Biz öz oyun fəlsəfəmizə sadiq qalmalıyıq. Bizim rəqibi təzyiq altında saxlaya biləcək keyfiyyətimiz var. Həmçinin ələ düşən qol şanslarından yaxşı yararlanmalıyıq"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right