"Qəbələ" bir fakta görə, həqiqətən də “Samtredia"dan güclü komandadı"

"İlk növbədə "Qəbələ”ni növbəti mərhələyə adlamaq münasibətiylə təbrik edirəm. Öz oyunumuza gəlincə, razı qalmaya bilmərəm".
 
Newsport.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"ylə oyundan "Samtredia"nın baş məşqçisi Giya Tsetatadze bildirib.Çalışdırıcı qarşılaşma haqda fikirlərini bildirib:

"Bizim bəxtimiz gətirmədi. Bu faktı qeyd etmək lazımdı ki, həmişə güclü komandaların bəxti gətirir. Yaxşı matç alındı. Hər iki komandanın azarkeşləri oyundan həzz aldılar. Düzdü, bu cür matç bəzən peşəkar şəxlərin əsəblərinə işləyir. Amma azarkeşlər belə oyunlardan həzz alırlar. "Qəbələ” bir fakta görə, həqiqətən də "Samtredia”dan güclü komandadı. Bu da rəqibin heyətinə daha güclü futbolçuların çıxış etməsi ilə bağlıdı. "Qəbələ” daha yaxşı kollektiv təsiri bağışlayır. Müdafiədə buraxdığımız səhvlərə görə, ilk oyunda böyükhesabla məğlub olduq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right