Rusiyalı məşqçi: "Qarabağ" "Bayer"ə qarşı yaxşı oynadı"

Rusiya milli komandasının qapıçılar üzrə məşqçisi Vitali Kafanov "Qarabağ"ın Avropa Liqası 1/8 final mərhələsinin "Bayer"lə cavab oyununu (2:3) dəyərləndirib.

Newsport.az xəbər verir ki, yerli mətbuata danışan 63 yaşlı mütəxəssis Azərbaycan çempionunun yaxşı oynadığını qeyd edib. O, həmçinin Rusiya millisinin qapıçısı Andrey Lunyov haqda da fikirlərini bildirib:

"Qarabağ" yaxşı oynadı. Hesabda öndə olsalar da, üstünlüyü qoruya bilmədilər. Buraxılan ikinci qolda Lunyovun bəxti gətirmədi. Hər şeyi düz edirdi, amma bəxt amili onun tərəfində olmadı.

Düşünürəm ki, qırmızı vərəqə olmasaydı, "Qarabağ" qələbəni əldən verməzdi. Lunyov bacardığını etdi. İndi məni narahat edən Andrey psixoloji durumudur. Bu məğlubiyyəti tez unuda bilməsi vacibdir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right