"Bayer"in futbolçusu "Qarabağ"la görüşdən danışdı: "0:2 hesabı baş verməməli idi"

Almaniyanın “Bayer” klubunun futbolçusu Qranit Caka Avropa Liqasının 1/8 final mərhələsinin Leverkuzendə “Qarabağ”la cavab oyununda qazandıqları qələbəni şərh edib (3:2, ilk oyun 2:2).

Newsport.az xəbər verir ki, “Kicker”ə danışan isveçrəli futbolçu Ağdam təmsilçisi ilə keçirilmiş görüşü belə xatırlayıb:

"Üstünlüyümüz şəraitində keçən görüşdə 0:2 hesabı baş verməməli idi. Amma bu oldu. Bundan sonra adətən bir çox komanda relsdən çıxır və hər şeyin bitdiyini düşünür. Matçın 70-ci dəqiqədə oyuna qayıtmağımız sonda isə hesabı 3:2-yə çatdırmağımız bir daha kollektivdəki əhval-ruhiyyəmizi göstərir. Dediyim kimi, komandamızın mentaliteti inanılmazdır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right