Juninyo: "Qarabağ"da oynadığım üçün qürur duyuram"

"Bayer" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı çərçivəsində "Qarabağ"ı məğlub etdi - 3:2.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin üzvü Olavio Juninyo "CBC Sport"a müsahibəsində oyunu dəyərləndirib:

"Maraqlı oyun oldu. İkinci buraxdığımız qola görə çox üzüldüm. Amma "Bayer"in potensialı hamıya bəllidir. Qırmızı vərəqə aldığımız epiozdda da bəxtsizlik oldu. Bu da oyuna təsir etdi. Oyun yüksək tempdə keçirdi. Bu tip oyunlarda sona qədər meydanda olmaq istəyirsən".

O, "Qarabağ"dakı gələcəyi haqda da danışıb:

"Hazırda "Qarabağ"da xoşbəxtəm. "Qarabağ"da oynadığım üçün qürur duyuram. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər. Keçdiyim komandaya tez uyğunlaşa bilirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right