Qurban Qurbanov: "Bu, mənim üçün böyük təcrübə oldu"

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin "Bayer" - "Qarabağ" oyunundan əvvəl qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

- Vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından birinə qarşı oynayacağıq. Cavab oyununda diqqətli olmalıyıq. Bu stadionda çıxış etmək xoşdur. Bütün fikrimizi oyuna yönəltmişik. Sabah 90 dəqiqə diqqətli olmalıyıq.

- Xabi Alonso deyib ki, "Qarabağ"dan qorxmuruq. Komandanın daxilində ab-hava necədir?
- Hamımız bu ifadəni işlədirik. Bu komandanın özünəinamını göstərir. Rəqiblərə qarşı eyni yanaşmanı biz də tətbiq edirik.

Juninyonun vəziyyəti necədir? "Qarabağ"ın əlavə hücumçiya ehtiyacı varmı və Musa Qurbanlının komandaya qayıtması mümkündür?
- Bilinmir Juninyo sabah əsas heyətdə olacaq, ya yox. Məşqdən sonra qərar veriləcək. Hazırda yeni hücumçu haqda düşünmürük. Musanın komandaya qayıtması hələlik gündəmdə deyil. Bu mövzu yay transfer pəncərəsində açıla bilər.

- Sabah komandanı əlavə vaxta hazırlamağı düşünürsünüz?
- Sıx qrafikdəyik. Bu gün "Bayer"in son 20 gündə olan qrafikinə baxsaq, onların da çox oyunlar oynadığını görürük. Ümumi statistikada onların hazırlıq planı daha yaxşıdır. Heç vaxt futbolçulara bildirməmişəm ki, əlavə vaxta hazırlaşacağıq. Ayda 1 dəfə təxminən məşq prosesində əlavə vaxtda oynamağı işləyirik. Əlavə vaxta hazırlaşmaq futbolçulara psixoloji basqı ola bilər. 90 dəqiqəyə motivasiya olub çıxırıq. Amma şükürlər olsun əlavə vaxtda da oynaya bilirik. "Braqa" ilə oyundan təcrübəmiz var. Hər şeyin 90 dəqiqədə həll olmasını istəyirəm. Futbolçuları nərəzə almaq lazımdır. Hazırda futbolçuların istirahət etməyə vaxtı yoxdur. Bu, azarkeşlər üçün maraqlı ola bilər. Sabah çalışacağıq ki, Bakıdakı inamlı oyunu burada daha yaxşılaşdıraq.

- Bu mərhələyə qədər gəlmək sizə hansı yeni və fərqli təcrübələr qazandırdı?
- Çox böyük təcrübə oldu. Komandanın bir az problemli vaxtları oldu. Zədəli oyunçularımız var idi, transferlər alınmadı. Çox güc sərf etdik və komandanı formalaşdıra bildik. Bəzi risqlərə getdik. Tək mənə yox, Azərbaycan futboluna böyük təcrübə oldu. Azarkeşlərə, funksionerlərə və s. Son vaxtlar futbol ölkədə daha çox sevildi. Belə komandalara qarşı oynadıqda, "Braqa" kimi rəqiblərə qalib gəldikdə komandanın böyüməsinə daha çox təkan olur. Elə detallar var ki, yaxşılaşdırmalıyıq. Deməyə çəkinmirəm, bu il mənə böyük təcrübə və inam verdi. Bəzən futbolçuların sənin tapşırıqlarını həvəslə yerinə yetirirsə, bu səni sevindirir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right