Andrey Lunyov: "Növbəti mərhələyə vəsiqə qazana bilərik"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqası pley-off mərhələsinin "Bayer"lə cavab görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.

Newsport.az xəbər verir ki, rus qolkiper oyun haqda fikirlərini bildirib və ona ünvanlanan sualları cavablandırıb:

- Sabah bizi maraqlı və gözəl oyun gözləyir. Çünki növbəti mərhələyə vəsiqə qazana bilərik. Bir həftə öncə təəssüf ki, Bakıdakı matçda rəqibi məğlub edə bilmədik.

- Mərhələni keçmək şansını necə dəyərləndirirsən?

- Şanslar 50/50-dir. Bu, futboldur, oyun 90 dəqiqədir. Hər iki komandada 11 nəfər oynayır. Sabah əlimizə düşən fürsətdən istifadə etməyə, öz oyunumuzu oynamağa çalışacğıq. 

- "Bayer"də çıxış etmisən. Onlara qarşı oynamaq sənin üçün xüsusi motivasiyadır?

- Hər oyuna xüsusi motivasiya ilə çıxıram. Sabahkı oyun çox vacibdir. Məşqçilər korpusu rəqibi analiz edib bizə məlumatlar verir. Bu komandaya qarşı oynamışıq, rəqibi çox gözəl tanıyırıq. Meydana yüksək motivasiya ilə çıxıb yaxşı oyun göstərəcəyik. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right