UEFA reytinqi: "Qarabağ" Azərbaycanın xalını artırdı

"Qarabağ" Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Bayer"lə 2:2 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın heç-heçəsi Azərbaycanın UEFA reytinqində xal ehtiyatını artırıb. Belə ki, ölkəmizin aktivinə 0,250 xal əlavə olunub.

Son 5 mövsümdə ümumi əmsallar 20,125-ə bərabərdir. Azərbaycan hazırda UEFA reytinqində 27-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right