"Qarabağ"ın futbolçusu rəmzi komandada

"Sofascore" statistika portalı Avropa Liqası 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.

Newsport.az xəbər verir ki, heyətdə "Qarabağ"ın futbolçusu Yassin Benzia da var. 29 yaşlı yarımmüdafiəçinin performansı 8 xalla qiymətləndirilib.

Qapıçı: Noa Atubolu ("Frayburq");

Müdafiəçilər: Ndiçka, Şansel Mbemba ("Marsel"), Canluka Mançini ("Roma");

Yarımmüdafiəçilər: Yassin Benzia ("Qarabağ"), Stefan El-Şaravi ("Roma"), Aleksis Makallister ("Liverpul"), Anhel di Mariya ("Benfika");

Hücumçu: Pyer-Emerik Obameyanq ("Marsel"), Canluka Skamakka ("Atalanta"), Darvin Nunyes ("Liverpul").





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right