UEFA reytinqi: "Qarabağ" "Qalatasaray" və "Fiorentina"nı qabaqladı

Klubların UEFA reytinqi açıqlanıb. “Qarabağ” 32,000 xalla 56-58-ci yerləri bölüşür.

Newsport.az-ın məlumatına görə, Azərbaycan çempionu “Fənərbaxça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir.

Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib. Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsalımız 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-a yüksəlib.

Ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşən “Qarabağ” siyahıda irəliləyib. Ağdam təmsilçisi “Fiorentina” (31,000) və “Qalatasaray”"ı (31,500) keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right