"Bayer"in rəsmisi: "Qarabağ" tanış rəqibdir, 1/4 finala çıxmaq üçün bizi iki çətin oyun gözləyir"

Almaniyanın "Bayer" (Leverkuzen) klubunun rəsmisi Simon Rolfes Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasını şərh edib.

Newsport.az-ın məlumatına görə, Leverkuzen klubunun idman direktoru “Qarabağ” haqda fikirlərini bölüşüb: 

"Bu, bizim üçün tanış rəqibdir. Lakin asan olmayacaq. "Qarabağ" güclü komandadır. Bunu qrup mərhələsində də sübut etdilər. "Braqa" ilə matçın sonlarında vəziyyəti öz xeyrinə dəyişmələri böyük hörmətə layiqdir. Biz bu oyunlara böyük konsentrasiya ilə yanaşacağıq. 1/4 finala çıxmaq üçün bizi iki çətin oyun gözləyir".

Qeyd edək ki, “Qarabağ” və “Braqa” komandalarının görüşü martın 7-i və 14-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right