"Qarabağ"ın "Bayer"lə oyunların vaxtı açıqlandı

Avropa Liqasında 1/8 finalında mübarizə aparacaq "Qarabağ"ın "Bayer"lə görüşlərinin başlama saatı açıqlanıb.

Newsport.az xəbər verir ki, ilk görüş martın 7-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionda baş tutacaq və oyuna 21:45-də start veriləcək.

Cavab qarşılaşması isə martın 14-də Leverkuzendəki "BayArena" stadionunda olacaq və həmin görüş isə Bakı vaxtilə saat 00:00-da başlanacaq.

Qeyd edək ki, Ağdam təmsilçisi pley-off mərhələsində "Braqa"nı(2:3, 4:2) mübarizədən kənarlaşdırıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right