"Hekken"in idman direktoru: "Qarabağ"a qarşı matç bizim üçün emosional final olacaq"

İsveçin “Hekken” klubunun idman direktoru Martin Eriksson komandanın baş məşqçisi Per Matias-Heqmonun istefası ilə bağlı danışarkən, Avropa Liqasının H qrupunun 6-cı turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyuna da toxunub.

Newsport.az-ın məlumatına görə, “Idrottens Affärer” nəşrinə danışan klub rəsmisi Bakıdakı görüşün özləri üçün final ab-havasında keçəcəyini deyib:

"Heqmo ilə birlikdə çox şey yaşamışıq. Özünüzlə daşıdığınız bu təcrübə isə klubun tarixində çox böyük əhəmiyyətə malikdir. Aydındır ki, “Qarabağ”a qarşı matç bizim üçün emosional final olacaq. Amma eyni zamanda, bu, birgə əməyə hörmətin göstəricisidir. İndi növbəti baş məşqçi ilə daha da inkişaf etmək üçün hər cür imkanımız olacaq".

Qeyd edək ki, “Qarabağ” – “Hekken” matçı dekabrın 14-də Tofiq Bəhramov stadionunda keçiriləcək və oyuna 21:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right