"Hekken"in futbolçusu "Qarabağ"la matç haqda: "Xalsız qalmaq istəmirik"

İsveç “Hekken” klubunun müdafiəçisi Kadir Hodziç Avropa Liqasının H qrupunun son turunda “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyun haqda danışıb.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən təcrübəli futbolçu matçdan gözləntilərini bildirib:

“Avropa Liqasında xalsız qalmaq istəmirik. Ona görə də "Qarabağ"la oyundan öncə "Helsinki" ilə yoldaşlıq görüşünün (3:4) köməyi ilə yenidən güc toplamaq vacib idi".

“Qarabağ" - "Hekken" matçı dekabrın 14-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və saat 21:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right