"Molde"nin baş məşqçisi: "Qarabağ"la görüşdə 100 faiz effektiv olmalıyıq"

Norveçin "Molde" komandasının baş məşqçisi Erlinq Moe Avropa Liqasının H qrupunun V turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, "TV2"yə açıqlama verən 53 yaşlı norveçli mütəxəssis bunları deyib:

"Qrupdakı mövqeyimizdən yaxşı istifadə etməliyik. Əlbəttə, bizi çox yaxşı komanda olan “Qarabağ”a qarşı çətin oyun gözləyir. Bu matçda 100 faiz daha effektiv olmalıyıq". 

“Molde” – “Qarabağ” görüşü noyabrın 30-da Molde şəhərindəki "Aker" stadionunda keçiriləcək və 00:00-da başlayacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right