"Qarabağ" "Molde"nin qarşısına ciddi itki ilə çıxacaq

"Qarabağ" Avropa Liqası qrup mərhələsinin 4-cü turunun "Bayer"lə matçında (0:1) ciddi itki ilə üzləşib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin yarımmüdafiəçisi Julio Romao cəzalı duruma düşüb.

25 yaşlı futbolçu qrup mərhələsində 3-cü dəfə sarı vərəqə görüb. Romao 5-ci turun "Molde" ilə səfər matçında komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Molde" - "Qarabağ" qarşılaşması 30 noyabr tarixində Bakı vaxtilə saat 00:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right