“Bayern” – MY matçında 7 qol, “Qalatasaray”dan heç-heçə

UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk tura yekun vurulub.

Newsport.az xəbər verir ki, ikinci oyun günündə daha 8 qarşılaşma təşkil olunub.

Günün maraqla gözlənilən görüşü Almaniyada gerçəkləşib. “Bayern” İngilətərənin “Mançester Yunayted” komandasını məğlub edib.

Qrupun digər oyununda Türkiyə çempionu “Qalatasaray” “Kopenhagen”lə doğma meydanda “sülh” bağlayıb. “İnter” də səfərdə “Real”la heç-heçə edib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
19 sentyabr

A qrupu

“Qalatasaray” (Türkiyə) – “Kopenhagen” (Danimarka) 2:2
Qollar: S.Boye, 86. Tete, 88 – M.Elyunussi, 35. D.Qonsalves, 58.

“Bayern” (Almaniya) – “Mançester Yunayted” (İngiltərə) 4:3
Qollar: Sane, 28. Qnabri, 32. H.Keyn, 53-pen. Tel, 90+2 – Hoylund, 49. Kazemiro, 88; 90+5.

B qrupu

“Arsenal” (İngiltərə) – PSV (Niderland) 4:0
Qollar: Saka, 8. Trossard, 20. Q.Jezus, 38. Edeqor, 70.

“Sevilya” (İspaniya) – “Lans” (Fransa) 1:1
Qollar: Okampos, 9 – Fulgini, 24.

C qrupu

“Real” (İspaniya) – “Union Berlin” (Almaniya) 1:0
Qol: Bellingem, 90+4.

“Braqa” (Portuqaliya) – “Napoli” (İtaliya) 1:2
Qollar: Bruma, 84 – Di Lorentso, 45+1. Niakate, 88-öz qapısına.

D qrupu

“Benfika” (Portuqaliya) – “Zalsburq” (Avstriya) 0:2
Qollar: Şimiç, 15-pen. Qlux, 51.

“Real Sosyedad” (İspaniya) – “İnter” (İtaliya) 1:1
Qollar: B.Mendes, 4 – L.Martines, 87.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right