Qurban Qurbanov: "İlk qarşılaşmada çatışmazlıqlar ola bilər"

"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqin "Linkoln" klubunun qonağı olacaq.

Newsport.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib:

“Yeni mövsümdə ilk rəsmi oyunumuzdur. Hazırlığımız yaxşı keçdi. Futbolçular tam olaraq idman formasında deyillər, amma yaxşılığa doğru gedirlər. İlk qarşılaşmada çatışmazlıqlar ola bilər. Çalışacağıq ki, sabah çox səliqəli oynayaq. Meydan süni örtükdü. “Linkoln”u tam yaxından tanıya bilmədik. Rəqibdə dəyişikliklər olub. Onların qol vurma və oyunu idarə etmə bacarığı olan futbolçuları var. Diqqətli olmalıyıq. Çalışmalıyıq ki, düzgün və dəqiq oynayaq. Futbolçularımın bunu bacaracağına inanıram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right