"Qarabağ" gücümüz çatmayacaq rəqib deyil"

"Rakov"un Müşahidə Şurasının rəhbəri Voytsex Tsıqan Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkatmasını şərh edib.

Newsport.az “goal.pl” portalına danışan klub rəsmisi "Qarabağ"la mümkün görüş haqda fikirlərini bildirib:

"Kimsə deyə bilər ki, "Qarabağ" Polşa komandalarını təqib edir. Altı ay əvvəl bu komanda ilə Türkiyədə görüşmək imkanımız oldu və 3:0 qalib gəldik. Birinci turda “Flora” ilə matçdan daha ciddi çağırış olacaq. Bununla belə, ən önəmlisi meydanda baş verənlərdir. “Qarabağ” gücümüz çatmayacaq rəqib deyil. Ancaq hələlik Çempionlar Liqasının birinci mərhələsindəki rəqibimizə diqqət yetirəcəyik. Bu, indi ən vacib şeydir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right