Çempionlar Liqasında pley-off mərhələsi:"Mançester Yunayted" və "Latsio" qalib gəldi

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşması Qazaxıstanda baş tutacaq. Burada yerli "Astana" klubu Kiprin APOEL klubunu sınağa çəkəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Digər oyunlarda BATE evdə "Partizan"ı, "Sportinq" isə CSKA (Moskva) klubunu qəbul edəcək. İngiltərə nəhəngi "Mançester Yunayted" öz meydanında "Brügge" ilə münasibətlərinə aydınlıq gətirəcək. "Latsio" isə Leverkuzen "Bayer"i ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin qalan 5 görüşü sabah keçiriləcək.

 

 

20 avqust

Çempionlar Liqası, "pley-off"un ilk oyunları

 

21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0
Qol: 
Dzholçiyev, 14 (1:0)

23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) - 1:0 
Qol: 
Qordeçuk, 75 (1:0)

23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 Qol: Keyta, 75

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 3:1 
Qollar: 
Karrik, 8-avtoqol (0:1), Depay, 13 (1:1), 43 (2:1), Fellaini, 90+4


23:45. "Sportinq" (Portuqaliya) - CSKA (Moskva, Rusiya) - 2:1 
Qol: 
Qutierez, 12 (1:0), Doumbia, 40 (1:1), Slimani, 82 (2:1)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right