"Seltik"in baş məşqçisi : "Sabah çox ehtiyatlı oynamalıyıq"

Şotlandiyanın "Seltik" klubunun baş məşqçisi Ronni Deyla UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 1:0) öncəsi fikirlərini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, qlazqoluların çalışdırıcısı bunları söyləyib:

"Biz ən yaxşısına ümidliyik və inanırıq. Burada hər şey çox yaxşıdır. Məskunlaşdığımız otel sadəcə, fantastikadır. Düzdür, bir qədər istidir. Amma biz ən yaxşı futbolumuzu sərgiləməyə çalışacağıq. Qazonun keyfiyyəti yaxşı deyil. Biz belə qazonda Şotlandiyanın qışında oynayırıq. Ona görə də bizim üçün təəccüblü heç nə yoxdur. Matça qədər həm qazona, həm də istiyə uyğunlaşmağa çalışacağıq və problem olacağını düşünmürəm. Həm də "Qarabağ"ın özü bizimlə eyni şərtlər altında oynayacaq. Yəni meydançanın yaxşı olmaması, onların da oyununa təsir göstərəcək, bizim də. Ötən mövsüm Çempionlar Liqasına düşə bilməməyimiz bizim üçün çox üzücü olmuşdu. Amma həmin uğursuzluğu unutmuşuq. İndi yaxşı komandamız var və ÇL-in qrupunda oynamağa iddialıyıq. Azarkeşlərimizi sevindirmək istəyirik".

R. Deyla “Qarabağ” haqda müsbət fikirlər də səsləndirib:
 
“Qarabağ” topla oynamağı bacaran komandadı. Yaradıcı oyun sərgiləyir. Eyni zamanda texnikalı oyunçuları var. Fikrimcə, bizim üçün çətin olacaq. Sabah çox ehtiyatlı oynamalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right