Qurban Qurbanov: "Çox istərdik ki, hər şey 90 dəqiqədə həll olunsun"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Macarıstan səfərindən öncə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.


Newsport.az 50 yaşlı mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:


- Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey orada həll olunmalıdır. Hazırlığımız pis getmədi. Cavab oyununa hazıqlıq üçün vaxtımız az oldu. Səfərə çox böyük inamla, çəkinmədən gedirik. Yaxşı nəticə əldə etmək üçün son saniyələrə kimi mübarizə aparmağa çalışacağıq. Futbolçularıma inanıram. 

- Rəqib daha açıq futbol oynamağa çalışacaq. Bu matçın asan olacağını demək olar?
- Yox, belə deməzdim. Çünki, onların da həm hücum, həm müdafiə potensialı çox yaxşıdır. Hər xəttə çox bacarıqlı futbolçuları var. Rəqibi daha yaxından tanıdığımıza görə rahat ola bilər. Bu, bizə bir az rahatlıq verə bilər. Amma ümumən matçın gedişatı  zamanı buradakı kimi gərgin oyun gedə bilər. Bir-birimizə oynamağa bir o qədər də imkan vermirdik. Düşünürəm ki, çox düşünüləsi və meydanda hərəkətli oyin bizi gözləyir. İlk dəfədir ki, Qara Qarayev, Riçard Almeyda və Marko Yankoviç eyni anda oynaya bilərlər. 

- Kimin oynayacağını seçim etmisiz?

- Hələ tam qərar verməmişəm. Sabah son duruma baxacağıq. Oyuna kimi qəti qərar veriləcək. Futbolçuların hazırlığına sabah da diqqət yetirəcəyik. Ola bilər ki, hər hansı dəyişiklik olsun.


- Maksim Medvedev oynaya biləcək?
- Yox 

- Oyunsonrası penaltilərə hazırlaşmısız?
- Sırf desəm ki, penaltilərə vaxt ayırmışıq, yox. Amma ümumi ilboyu buna hazırlıq gedir. Futbolçular bəzi məşqlərdən sonra penaltilər vururlar. Amma çox istərdik ki, hər şey 90 dəqiqədə həll olunsun. 

- İlk oyundan sonra rəqib komandadan bildirmişdilər ki, "Qarabağ"ın müdafiəsində açıq zonalar var...
- Hər komandanın müdafiəsində açıq zonalar olur. Daim çalışırıq ki, bu boşluqları aradan qaldıraq. Bəlkə də bu oyunda bir neçə element əlavə edəcəyik. İstəyirik ki, hər xəttə daha etibarlı olaq. 

- "Sürix"lə cavab matçında təcrübə və psixoloji hazırlıq ön plana çıxdı və "Qarabağ" əlavə vaxtda qol vura bildi. Sabahkı oyunda hansı amillər on plana çıxacaq?
- Sabah biz mütləq yaxşı mübarizə aparmalıyıq və son saniyələrə kimi bunu bacarmalıyıq. Daim rəqibdən üstün olmağa çalışmalıyıq. Çünki, rəqibin üstünlüyü var, öz azarkeşləri önündə oynayır. Bu məqam bir az onların tərəfində ola bilər. Amma biz sona kimi mübarizə aparmağı daim düşünməliyik.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah