"Ferentsvaroş"un futbolçusu: "Qarabağ" çox yaxşı komandadı"

"Fernetsvaroş" Çempionlar Liqası II təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq.

Newsport.az-ın məlumatına görə, matçdan əvvəl keçirilən mətbuat konfransında Macarıstan təmsilçisinin futbolçusu Tokmac Nquen açıqlama verib:

- Baş məşqçi məsafədən şikayətlənmişdi. Sizin bu barədə fikriniz necədi və matçla bağlı nə düşünürsüz?

-  Hər şey qaydasındadı. Hər iki komanda eyni şəraitdə oynayacaq. "Qarabağ" yaxşı komandadı. Yaxşı hücumameyilli futbolçuları var. Bu mərhələdə pis komanda olmur. Sabah yaxşı olacağını düşünürəm.

- "Qarabağ"ın heyətində olan itkilərdən xəbəriniz var. Bu, sizin işinizə nə dərəcədə yaraya bilər?

- "Qarabağ"ın itkiləri barədə məlumatım yoxdu. İtkilərin nədən ibarət olmasına baxmayaraq, "Qarabağ" çox yaxşı komandadı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right