"Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər" Zubir

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin qardaşı Tarek Zubir Sportal.az saytına açıqlama verib. 

Newsport.az-ın məlumatına görə"Zaqatala"nın futbolçusu yeni mövsümkü hədəflərindən danışıb. 

Bununla yanaşı yarımmüdafiəçi “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışına toxunaraq qardaşı barədə fikirlərini bildirib:

"Hər şey qaydasındadı, məşqlərimiz normal davam edir. Mən də “Zaqatala”ya qayıtdım. Yeni mövsümə də bu komandada başlayacam. Bir neçə gün əvvəl "Şamaxı" ilə yoxlama görüşü oynadıq və ilk qolu mən vurdum. Biz Premyer Liqaya vəsiqə qazanmaq üçün oynayacağıq. Buna görə mübarizəmizi axıra qədər aparacağıq.

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər. Mən onlara inanıram. Qardaşıma görə də şadam. Ev oyunlarında azarkeşlər çox möhtəşəm atmosfer yaradır. “Qarabağ” azarkeşlərdən güc alır".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right