“Ferentsvaroş”un oyunu təxirə salındı – “Qarabağ”a görə

“Ferentsvaroş”un avqustun 6-da Macarıstan çempionatının 2-ci turunda “Zalaegerseq”lə keçirməli olduğu oyun təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, Budapeşt klubu Bakıda “Qarabağ”a qarşı oynayacağı UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk görüşü ilə bağlı yerli futbol liqasına müraciət edib. Yolun uzaq olmasını və oyunun əhəmiyyətini nəzərə alan “Ferentsvaroş” çempionat matçının vaxtının dəyişdirilməsini xahiş edib. Liqa rəhbərliyi klubun istəyini müsbət cavablandırıb.

Avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferentsvaroş” oyunu saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right