"Qarabağ"la oyunlar üçün heyətdə dəyişiklik

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Ferentsvaroş" Ağdam təmsilçisi ilə matçlar üçün iştirak ərizəsində dəyişiklik edib.

Newsport.az-ın məlumatına görə, Macarıstan klubu "Keçkemet"ə icarəyə verilən qapıçı Adam Varqa və sağ cinah müdafiəçisi Henri Vinqonu heyətdən çıxarıb. Vinqonu bosniyalı futbolçu Muhamed Beşiç əvəzləyib.

"Ferentsvaroş"un iştirak ərizəsi belədir:

Qapıçılar: Adam Boqdan, Deneş Dibus; B siyahısı: Marsell Kovaç, Sabolç Merql, Öri Levente

Müdafiəçilər: Adnan Kovaçeviç, Endre Botka, Eldar Çiviç, Rasmus Telander, Mats Knuster, Lorand Paska, Sami Mmae;

Yarımmüdafiəçilər: Muhamed Beşiç, Aissa Laiduni, Anderson Esiti, Kristofer Zakariasen, Styepan Lonçar, Balint Veçei, Ksavye Mersye; B siyahısı: Oliver Nad

Hücumçular: Adama Traore, Karlos Auski, Frank Boli, Forçun Bassi, Tokmak Nquen; B siyahısı: Damir Redjiç, Norbert Kayan, Kristian Listeş

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right