"Ferentsvaroş"un hücumçusu: "Qarabağ pis komanda ola bilməz"

Çempionlar Liqası III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Ferentsvaroş"un futbolçusu Frank Boli açıqlama verib.

Newsport.az-ın məlumatına görə, Macarıstan mətbuatına danışan 28 yaşlı forvard Ağdam təmsilçisinin pis komanda olmadığını bildirib:

"Çempionlar Liqasında asan matçlar olmur. “Qarabağ” haqqında hələlik o qədər də məlumatım yoxdur, amma bilirəm ki, onlar da bizim kimi Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Ona görə də pis komanda ola bilməz. Azərbaycan klubu ilə oyuna layiqincə hazırlaşacağıq. Amma indi biz hələ diqqətimizi bazar günü "Puşkaş Akademiyası"na qarşı keçiriləcək çempionatın açılış oyununa yönəltmişik."

"Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü 3 avqustda evdə, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştddə keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right